Millimiz bir pillə də qalxdı

FİFA yığma komandaların aylıq reytinq cədvəlini açıqlayıb.

Millimiz bir pillə də qalxdı
FİFA yığma komandaların aylıq reytinq cədvəlini açıqlayıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan millisi bir pillə irəliləyib.

Hesabında 1155,91 xal olan yığmamız 120-ci pillədə qərarlaşıb. AVRO-2024-ün seçmə mərhələsində komandamızla eyni qrupda rəqiblərdən ən yüksək göstəriciyə Belçika malikdir - 5-ci yer. İsveç, 23-cü, Avstriya 25-ci, Estoniya usə 118-ci mövqeni tutur.

Cədvələ son dünya çempionu Argentina başçılıq edir. Fransa ikinci, Braziliya üçüncü pillədə yer alıb.