Millimiz Serbiyaya böyük hesabla məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Millimiz Serbiyaya böyük hesabla məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

meqale.com report-a istinadən xəbər verir ki, U-17 yığmamız yer aldığı 4-cü qrupda Serbiyanın qonağı olub.

Stara Pazovada keçirilən görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib. 1:5 hesabı ilə uduzan komandamızın yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qrupun digər matçında Lüksemburqla Sloveniya (1:1) heç-heçə ediblər.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci qarşılaşmasını oktyabrın 24-də eyni arenada Sloveniyaya qarşı keçirəcək.