Millimiz yenə böyük hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Millimiz yenə böyük hesabla uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Füzuli Məmmədovun komandası Sloveniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, U-17 ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu. Yığma növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.