Millimizin futbolçusu Türkiyə Super Liqasında! - FOTO
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, gənc hücumçu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
O, Volkan Dəmirəlin baş məşqçisi olduğu "Hatayspor"la anlaşıb. Super Liqa təmsilçisi instaqram hesabında buna işarə edən paylaşım da edib.
Qeyd edək ki, 24 yaşlı hücumçunun son klubu İsveçrə "Qrasshopper"i olub.