Millimizin futbolçusunun toyu oyuna görə təxirə salındı - FOTO
Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Rövlan Muradovun mayın 18-nə planlaşdırılmış toyu başqa tarixə keçirilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, buna həmin gün çıxış etdiyi komandanın vacib oyunu olmasıdır.
Belə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Sumqayıt" mayın 18-də "Sabah"la qarşılaşacaq. Bu səbəbdən futbolçunun şad günü mayın 22-nə keçirilib.