Millimizin hücumçusu Superliqada həftənin rəmzi komandasına düşdü

Türkiyənin "Hatayspor" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Superliqada 8-ci turun rəmzi komandasına düşüb.

meqale.com Trend-ə istinadən bildirir ki, "Konyaspor"la görüşdə (3:1) dubl edən forvard "SofaScore" nəşrinin versiyasına əsasən ən yaxşı 11-liyə daxil olub.

Qapıçı: Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçilər: Uroş Radakoviç ("Ankaragücü"), Jerom Opoku ("Başakşehir"), Davinson Sançes ("Qalatasaray")

Yarımmüdafiəçilər: Gökcan Kaya ("Pendikspor"), Salih Uçan, Raşid Gezzal (hər ikisi "Beşiktaş"), Qarri Rodriges ("Ankaragücü")

Hücumçular: Renat Dadaşov ("Hatayspor"), Mauro İkardi ("Qalatasaray"), Edin Ceko ("Fənərbaxça").