Millinin yeni baş məşqçisini seçəcək 5 nəfər bilindi

AFFA İcraiyyə Komitəsi tərəfindən millinin yeni baş məşqçisini müəyyənləşdirmək məqsədilə yaradılmasına qərar verilən İşçi Qrupunun (İQ) tərkibi müəyyənləşib. Bura 5 nəfər daxildir.

Qrupda futbol ictimaiyyətinin bütün təbəqələri təmsil olunmur. Üzvlərin hamısı rəhbər şəxslərdir.

Belə ki, AFFA-nın vitse-prezidentləri - Elşad Nəsirovla Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov İQ-na üzv qəbul edilib.

İşçi Qrupu nə vaxt toplaşacaq? Hələlik ilk yığıncağın tarixinə aydınlıq gəlməyib. Üzvlərin heç özləri də dəqiq bilmir ki, ümumiyyətlə, bir yerə araya gələcəklər, ya yox.