Mingəçevirdə qəza - Xəsarət alan var
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində qeydə alınıb.
Qəza zamanı idarəetmədən çıxan "Kia" markalı minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə zamanı yaralanan sürücü 1992-ci il təvəllüdlü Əlibəyli Turqut Əlövsət oğlu xəstəxanaya çatdırıllb.
Faktla bağlı araşdırma aparılır./"unikal"