Minifutbol millimiz dünya çempionatının finalına yüksəldi
Azərbaycanın minifutbol millisi növbəti qarşılaşmasını keçirib.
meqale.com-ın məlumatına görə, komandamız Bakıda təşkil olunan dünya çempionatında yarımfinal mərhələsində meydana çıxıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Monteneqro yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib. Qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurublar.