Minlərlə pirotexniki vasitə satan şəxs saxlanıldı - VİDEO
Paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən oxuya verilən məlumata görə, ondan müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.
Bildirilib ki, faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.