Mirəli Seyidov küçəsi istiqamətində hərəkət bərpa olundu - YENİLƏNİB - FOTO
Bakının Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub.
meqale.com-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib.
---------- Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.
meqale.com xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir", - məlumatda qeyd edilib.