Mirzoyan Bakı ilə bağlı Kolonnanı məlumatlandırdı

Ermənistan və Fransa xarici işlər nazirləri Ararat Mirzoyan və Ketrin Kolonna arasında dekabrın 11-də Brüsseldə görüş baş tutub.

Mirzoyan Bakı ilə bağlı Kolonnanı məlumatlandırdı
Ermənistan və Fransa xarici işlər nazirləri Ararat Mirzoyan və Ketrin Kolonna arasında dekabrın 11-də Brüsseldə görüş baş tutub.

meqale.com axar.az-a istinadən bildirir ki, Ermənistan XİN tərəflərin ikitərəfli münasibətləri, təhlükəsizlik məsələlərini və Cənubi Qafqazda mövcud çağırışları müzakirə etdikləri haqda məlumat yayıb.

Mirzoyan fransalı həmkarına Ermənistan-Azərbaycan prosesində baş verən son hadisələr barədə məlumat verib.