Mirzoyan Kiprə səfər edəcək
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyulun 29-da Kiprə işgüzar səfər edəcək.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Mirzoyanın kiprli həmkarı Konstantinos Kombos, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.