Mirzoyandan Paşinyanın Piterə getməsinə reaksiya
KTMT-dən fərqli olaraq Ermənistanda heç vaxt Avrasiya İqtisadi İttifaqına qarşı tənqidlər olmayıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla birgə mətbuat konfransında deyib.
"Düşünürəm ki, Aİİ səmərəli fəaliyyətini davam etdirir", - Mirzoyan söyləyib.
Qeyd edək ki, dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası zamanı Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrliyi üzərinə götürüb.