Misir İsrail və Fələstin arasında vasitəçilik etməyə hazırdır

"Qahirə heç bir şərt olmadan İsrail və Fələstin arasında vasitəçi olmağa hazırdır".

Misir İsrail və Fələstin arasında vasitəçilik etməyə hazırdır
"Qahirə heç bir şərt olmadan İsrail və Fələstin arasında vasitəçi olmağa hazırdır".

meqale.com "report"a istinadən bildirir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.

"Misir heç bir şərt olmadan regional tərəflərlə koordinasiyada vasitəçiliyə hazırdır", - deyə Misir lideri bildirib.

Bundan əvvəl Qahirə girovların azad edilməsi ilə bağlı HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlara başlamaq planlarını açıqlamışdı. "Əl-Ərəbiyyə" telekanalı mənbələrə istinadən dəqiqləşdirib ki, söhbət ilk növbədə xarici vətəndaşlardan və ikili vətəndaşlığı olan şəxslərdən gedir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail qarşıdurması zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə etmək üçün oktyabrın 13-14-də Misirə səfər edəcək.