Misir Qəzzada məcburi köçkünlər üçün düşərgələr qurur

Misir tezliklə Qəzza zolağında məcburi köçkünlər üçün iki xüsusi düşərgə tikəcək.

Misir Qəzzada məcburi köçkünlər üçün düşərgələr qurur
Misir tezliklə Qəzza zolağında məcburi köçkünlər üçün iki xüsusi düşərgə tikəcək.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Misir hakimiyyəti artıq Qəzzanın cənubunda Xan-Yunis şəhəri yaxınlığında məcburi köçkünlər üçün düşərgə tikintisinə başlayıb.

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

Xan-Yunis yaxınlığındakı düşərgə 4 minə qədər köçkünü qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.