Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin qalibləri bilindi - FOTO

Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin final tədbiri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirildi. Tədbir iki hissədən və iki turdan ibarət idi. Bu il layihənin quruluşçu-xoreoqrafı Ayla Mais qızının rəhbərliyi ilə səhnədə yeniliklər təqdim olundu. İlk dəfə olaraq tamaşaçılara və münsiflərə "sərbəst dəfilə" adlı birinci tur nümayiş etdirildi. Burada iştirakçıların fərdi çıxışları, musiqisi, xüsusi hazırlanmış dəfilələri və səhnə obrazları ilə diqqət çəkdi. İkinci hissə isə rəsmi tur idi. Burada iştirakçılar ziyafət geyimlərində səhnəyə çıxdılar. Tədbirin münsiflər heyəti aşağıdakı şəxslərdən ibarət idi: Ramilə Qardaşxanqızı - jurnalist, publisist, şairə, ARB telekanalının əməkdaşı. Anar İsgəndərsoy - Top Model Azerbaijan layihəsinin və Victoria Dupont Model Agentliyinin təsisçisi. Cavidan Kəsəmənli - aktyor, Mister Azerbaijan 2023. Könül İsmaylova - Vice Miss Azerbaijan 2023, makiyaj ustası. Orxan Məmmədov - Top Model, Fame Model Agentliyinin təsisçisi. Ali Şamxal - kişi dəbi üzrə ekspert, tərz məsləhətçisi. Kazım Abdullayev - teatr və kino aktyoru, Xalq Artisti. Tehranə Bəxruzi - Top Model of the World yarışmasının qalibi, II Vice Miss və Miss Elegance titullarının sahibi. Amil Abbasov - müsabiqənin icraçı direktoru, 1996-cı ildən əməkdaşı. Anelya Orduxanova - jurnalist, publisist, Azərbaycan Bayrağı və Qızıl Qələm mükafatlarının laureatı, müsabiqənin təsisçisi. Tədbirin sonunda fəxri qonaqlar, münsiflər və partnyorlar xüsusi mükafatlarla təltif edildi. Gecənin aparıcısı ilk dəfə səhnəyə çıxan Ada Süleyman idi. Final iştirakçıları Azerbaijan Model School Peşəkar Model Məktəbinin diplomlarına layiq görüldülər. Müsabiqənin qalibləri: Miss Azerbaijan 2024: Dəniz İsmiyeva Mister Azerbaijan 2024: İsməli Abbaszadə I Vice Mister Azerbaijan 2024: Namiq İbadov I Vice Miss Azerbaijan 2024: Fidan İsmailova II Vice Mister Azerbaijan 2024: Rufin Allahverdiyev II Vice Miss Azerbaijan 2024: İranə Ramazanlı III Vice Mister Azerbaijan 2024: Əlimuxtar Həsənli III Vice Miss Azerbaijan 2024: Zeynəb Quliyeva Mister Baku 2024: Murad Mustafazadə Miss Baku 2024: Nailə Bayramova Mister Super Model 2024: Yaqub Fərziyev Miss Super Model 2024: Aliya Əlibəyli Mister Photo Model 2024: Qabil Yusifov Miss Photo Model 2024: Yeganə Həsənli Mister Style 2024: Qabil Yusifov Miss Grace 2024: İnci Hüseynzadə Mister Sport 2024: Təhmasib Ramazanlı Miss Charm 2024: İlahə Xancanova Bu tədbir Azərbaycanın gözəllik sənayesində innovativ yanaşmaları ilə yadda qaldı.