Mitteran öldü

Fransanın keçmiş mədəniyyət naziri Frederik Mitteran ağır xəstəlikdən sonra 77 yaşında vəfat edib.

Mitteran öldü
Fransanın keçmiş mədəniyyət naziri Frederik Mitteran ağır xəstəlikdən sonra 77 yaşında vəfat edib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" onun ailə üzvlərinə istinadən məlumat yayıb. O, 1981-1995-ci illərdə Fransanı idarə edən Fransua Mitteranın qardaşı oğludur.

2009-2012-ci illərdə Frederik Mitteran Nikola Sarkozinin prezidentliyi dövründə mədəniyyət naziri vəzifəsində çalışıb. Sarkozi Mitteranın vəfatı ilə bağlı başsağlığı verib.

"Mədəniyyət naziri vəzifəsində o, fədakarlıqla və istedadla çalışıb", - sabiq prezident "X" səhifəsində yazıb.