MKİ-nin direktoru İsraildə səfərdədir
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Vilyam Berns İsraildə səfərdədir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Berns ölkə rəhbərliyi və kəşfiyyatının nümayəndələri ilə görüşəcək.
Səfərin məqsədlərindən biri Amerikanın regiondakı tərəfdaşları ilə kəşfiyyat əməkdaşlığına dair öhdəliklərini gücləndirməkdir.
MKİ-nin direktoru İordaniya və bir sıra başqa ölkələrə də səfər edəcək.