“Modriç atam yaşındadır” - FOTO

Madrid "Real"ının braziliyalı futbolçusu Rodriqo maraqlı açıqlaması ilə diqqət çəkib.

“Modriç atam yaşındadır” - FOTO
Madrid "Real"ının braziliyalı futbolçusu Rodriqo maraqlı açıqlaması ilə diqqət çəkib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, yerli mətbuata komanda yoldaşı Luka Modriçi "ata" olaraq çağırdığını bildirib:

"Luka atamla eyni yaşdadır. O, mənə "oğul", mən də ona "ata" deyirəm".

Qeyd edək ki, Luka Modriç 39, Rodriqo isə 24 yaşındadır.