Modriç İtaliya nəhənginə transfer olunur
İtaliyanın "Milan" klubunun idman direktoru İqli Tare "Real"dan ayrılan 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə mümkün müqavilə bağlanmasına münasibət bildirib.
meqale.com xəbər verir ki, direktor Modriçi kluba gətirməyin vacibliyini vurğulayıb:
"Biz Luka Modriçi dəvət etməyə hazırıq, bizə yeni liderlər lazımdır. Modriç bizim üçün əsas oyunçuya çevrilə bilər. Onun rəqabətədavamlı olmaq və titullar qazanmaq istəyi var. Biz bunun üzərində işləyirik".
Daha əvvəl "Milan"ın 39 yaşlı Luka Modriçlə müqavilə imzalamağı planlaşdırdığı bildirilib. Bundan əvvəl futbolçu 2025-ci il klublararası dünya çempionatından sonra "Real Madrid"dən ayrılacağını rəsmən açıqlayıb.