Moskva vilayətində hosteldə yanğın - 6 nəfər öldü
Moskva vilayətində hosteldə yanğın baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, yanğın nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yanğın bu gün səhər saat dörd radələrində Moskva vilayətinin İstra şəhərinin Padikovo kəndində baş verib. Yanğının sahəsi 80 kvadrat metr olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi zamanı 6 nəfərin meyitini aşkarlayıblar.