Mourinyo "Fənərbağça"dan gedir? - özü açıqladı

Təcrübəli mütəxəssis Joze Mourinyo "Fənərbağça" klubunda qalacağını və UEFA Çempionlar Liqasında mübarizə aparmaq üçün çalışacaqlarını bildirib.

Mourinyo
Təcrübəli mütəxəssis Joze Mourinyo "Fənərbağça" klubunda qalacağını və UEFA Çempionlar Liqasında mübarizə aparmaq üçün çalışacaqlarını bildirib.

meqale.com xəbər verir ki, portuqaliyalı çalışdırıcı Ali Koçun ona güvəndiyini və komandada qalmasını istədiyini bildirib.

"Klub prezidenti mənə güvənir. Növbəti mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparmaq üçün çalışmalıyıq. Klub rəhbərliyi ilə hədəflərimiz eynidir. Məhz buna görə də "Fənərbağça"da qalacağam", - deyə J.Mourinyo bildirib.