Mourinyodan sürpriz zəng: “Qalatasaraya getmə, Fənərbağçaya gəl!”

Fənərbaxçanın baş məşqçisi Joze Mourinyo, İngiltərənin "Mançester Siti" klubunun braziliyalı qapıçısı Ederson üçün hərəkətə keçib.

Mourinyodan sürpriz zəng: “Qalatasaraya getmə, Fənərbağçaya gəl!”
Fənərbaxçanın baş məşqçisi Joze Mourinyo, İngiltərənin "Mançester Siti" klubunun braziliyalı qapıçısı Ederson üçün hərəkətə keçib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı məşqçinin Edersonla telefon danışığı etdiyi və ulduz futbolçuya "Əgər Türkiyəyə gələcəksənsə, Qalatasaraya getmə, Fənərbaxçaya gəl" dediyi iddia olunub.

Süper Liqanın nəhənglərindən Fənərbaxça, rəqibi Qalatasarayın transfer etmək istədiyi 31 yaşlı Ederson üçün sürətlə addım atıb. Mourinyo daha əvvəl də Archie Brown transferində Milan klubunu geridə qoyaraq uğur qazanmışdı.