Mövsümün ilk turu ilə bağlı cəzalar və cərimələr açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
meqale.com xəbər verir ki, iclasda Misli Premyer Liqasında yeni mövsümün ilk turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
"Araz-Naxçıvan" - "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Araz-Naxçıvan" klubu 800 manat cərimə edilib. Oyun bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə "Araz-Naxçıvan" klubu daha 500 manat cərimə olunub. Matçın 78-ci dəqiqəsində "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, "Qarabağ" klubu 500 manat cərimə edilib. "Neftçi" - "Turan Tovuz" oyununda "Neftçi"nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.