MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4577693) səslə seçkilərin qalibi olub.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun