MSK sədri beynəlxalq təşkilatlara çağırış etdi

Beynəlxalq qurumların nümayəndələri müraciət edəndə həmişə qapılarımız onlara açıq olub.

MSK sədri beynəlxalq təşkilatlara çağırış etdi
Beynəlxalq qurumların nümayəndələri müraciət edəndə həmişə qapılarımız onlara açıq olub.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, müəyyən qərəzli münasbət görəndə də onu da açıq şəkildə müzakirə etmişik.

"Yenə də müzakirələrimiz açıq olacaq. Yenə də beynəlxalq təkilatlar hansı məsələ qaldırsa biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik o proseslərdə iştirak etsinlər. Burda yaradılan şəraidən istifadə etməyib gedib kimdənsə soruşub bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qırqadan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər", - deyə əlavə edib.

Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.