Mübariz Əliyevə yeni vəzifə verildi
Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev işdən çıxarılıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Həsən Seyidov əmr imzalayıb.
Digər əmrlə, M.Əliyev Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.
Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Elvin Səfərova həvalə olunub.