Müəllimlər gününə həsr edilmiş konsert keçirildi - FOTO

Bakıdakı "Rus evi"ndə Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin iştirakçılarının "Sizə təşəkkür edirik, əziz müəllimlər!" adlı konserti keçirilib. Konsertdə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Fərəh Əliyeva (piano), İbrahim Abbasov (tar), Ayşən Ümüdova (piano), Yasəmən Ümüdova (piano), Nuray Cəbizadə (piano), Nailə Növrəsli (vokal), Mələk Həsənli (piano), Dilək Həsənli (piano), Səidə Dadaşova (piano), Aylin Dadaşlı (piano), Həyat İsmayılova (piano), Valeriya Olxovaya (piano), Nuray Həsənli (piano), Zəhra Zeynalova (piano), Camal Əliyev (piano), Yasamən Ümüdova (piano), Adnan Kərimli (zərb alətləri), Cəlalə İsmayılzadə (piano), Mirşah Növrəsli (vokal), konsertmeyster Sevinc Allahverdiyeva çıxış ediblər.

Proqramda F.Əmirov, T.Quliyev,  E.Sabitoğlu, M.Maqomayev, V.Mustafazadə, Y.Strauss, J.Sibelius, S.Joplin, D.Brubeckvə D.Kramerin əsərləri səslənib.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.