Münasibətləri ciddiləşdirməyə qərar verdilər - FOTO
28 yaşlı məşhur model Cici Hadid ilə 48 yaşlı aktyor Bredli Kuperin münasibətləri ciddiləşib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, ulduzlara yaxın bir mənbənin dediyinə görə, Kuperi təkcə supermodelin gözəlliyi deyil, həm də intellekti cəlb edir.
"Münasibətləri süərtlə inkişaf edir və ciddiləşir. Onlar hər gün birlikdə olurlar. O, onu intellektual cəhətdən də maraqlı qadın hesab edir", - mənbə bildirib.
"Us Weekly" tabloidi xəbər verib ki, Cidi və Bredli qızlarını bir-biri ilə tanış etməyi planlaşdırır. "Onlar qızları ilə birlikdə görüşməyiblər, amma bu, mütləq müzakirə etdikləri bir mövzudur. Son bir neçə həftə ərzində onlar həqiqətən də yaxınlaşıblar", - cütlüyün tanışı deyib.
İş qrafikləri çox məşğul olduğundan onlar uşaqlarını görüşdürməyə vaxt tapa bilmirlər. Lakin onlar mümkün olanda bir-birlərinə vaxt ayırmağı məqsədəuyğun hesab edirlər.