Musa Qurbanlı oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası "Yurqorden" İsveç çempionatında növbəti oyununu keçirib.

Musa Qurbanlı oynadı, komandası 1 xal qazandı
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası "Yurqorden" İsveç çempionatında növbəti oyununu keçirib.

meqale.com matc.az-a istinadən bildirir ki, Stokholm təmsilçisi XX turda "Malmö"nün qonağı olub.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Start heyətində meydana daxil olan Qurbanlı 67-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Yurqorden" 34 xala turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.