Musa Qurbanlı yenidən Azərbaycan klubunda

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Musa Qurbanlı yenidən Azərbaycan klubunda
"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu Musa Qurbanlını heyətinə cəlb edib.

22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin "Yurqorden" klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. Qurbanlı peşəkar karyerasına "Qarabağ"da başlayıb. O, 2019-cu ildən komandanın formasını geyinib. Forvard 2020/2021 mövsümünün ikinci hissəsini icarə əsasında "Zirə"də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan gənc hücumçu 2023-cü ilin yayında "Qarabağ"dan İsveç klubuna transfer edilib.