Musadan İsveç kubokuna uğurlu start
Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunun qrup mərhələsində ilk oyununu keçirib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, onun çıxış etdiyi "Yurqorden" öz meydanında "Şkovde"yə qalib gəlib.
Oyun Musanın komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Qurbanlı meydana 72-ci dəqiqədə daxil olub.
"Yurqorden" növbəti matçda "Yunayted Nordik"lə səfərdə üz-üzə gələcək. Oyun fevralın 25-də baş tutacaq. Qrupun son görüşündə Qurbanlının komandası martın 3-də "Göteborq"un qonağı olacaq.