Müsəlmanlara viza qadağaları qoyulur - Ahsan Hamid
Siyasi sferada ayrı-seçkiliklə bağlı müsəlmanlara viza qadağaları qoyulur.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Siyasət Araşdırmaları Mərkəzinin icraçı direktoru Ahsan Hamid "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
"İslamofobiyanın Avropada artmasının şahidi oluruq. Müsəlmanlar təhlükə və təhdid kimi qələmə verilir. İdeoloji bir düşmənçilik hissi yaradıldı. Qərb mediası bu mövzuda qərəzli yanaşması ilə seçilir. İslamofobiyadan siyasi alət kimi, seçkilərdə səs toplamaq üçün istifadə edirlər", - deyə o bildirib.