Musson leysanları dəhşət saçdı: Ölənlər var

Şri-Lankada adada yağan güclü yağışlar və küləklər nəticəsində azı 15 nəfər ölüb.

Musson leysanları dəhşət saçdı: Ölənlər var
Şri-Lankada adada yağan güclü yağışlar və küləklər nəticəsində azı 15 nəfər ölüb.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, ölüm faktları ölkənin yeddi bölgəsində, o cümlədən paytaxt Kolomboda qeydə alınıb.

İlkin məlumatlara görə, 25 inzibati rayondan 20-si təbii fəlakətdən zərər çəkib. Dörd mindən çox evə qismən ziyan dəyib, 28 ev tamamilə dağılıb. Ada dövlətinin 19 minə yaxın sakini çətin vəziyyətdə qalıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun