Nadir toylardan niyə uzaqlaşdırılıb? - Özü danışdı - VİDEO
Müğənni Nadir Qafarzadə toylardan uzaqlaşdırılmasından gileylənib.
meqale.com xəbər verir ki, o, bu barədə qonaq olduğu "Gün ortası" verilişində danışıb.
"Toyun da şitini çıxartdılar. Toyda da monopoliyadı. Görürəm və qulağım eşidir. Mənə zəng gəlir, deyir görüşək və ya kartımı istəyir beh atmaq üçün. Amma gəlmir. Bilirəm ki, məni "burdu"lar, başqasını saldılar. Şadlıq evlərində administratorlar monopoliya yaradıb. Hamıya aid deyil. Kişi kimiləri də var. Amma nakişilər səni elə burur ki, ruhun da incimir".