Nahapetyan: "Paşinyan Rusiya və İrana soruşmadan Qərbi Ermənistana gətirdi"
"Paşinyan artıq Qərbi Ermənistana gətirib, bunu Rusiya və İrandan soruşmayıb".
meqale.com musavat.com-a istinadən bildirir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Nahapetyan erməni mediasına danışıb.
"Paşinyan əvvəlcə iki ay müddətinə buraya müşahidəçiləri dəvət etdi. Dedilər ki, cəmi yüz müşahidəçi olacaq, amma bu yüz müşahidəçi peşəkar kəşfiyyatçılardır. Və bu müşahidəçilər açıq-aydın atəşkəsi qorumaq üçün deyil, İran və Rusiyaya qarşı kəşfiyyat işi aparırlar. Sonra Paşinyan bu müşahidəçilərin müddətini və sayını artırdı. Onlar indi Yerasxda (Arazdəyən - red.) yeni nöqtə açıblar. Fransa da missiyadakı müşahidəçilərinin sayını artırıb. Müşahidəçilər qrupunun rəhbəri Almaniyanın keçmiş xarici kəşfiyyat zabiti, qrup rəhbərinin müavini isə Fransanın keçmiş xarici kəşfiyyatçısıdır", - deyə Nahapetyan qeyd edib.
Onun sözlərinə görə, artıq iki aya yaxındır ki, Ermənistan KTMT-yə üzv ölkələrlə, ilk növbədə Rusiya ilə əlaqələri, işgüzar görüşləri və rəsmi səfərləri praktiki olaraq dondurur.