“Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) 26 iyun - "Narkotiklərlə mübarizə günü" ilə bağlı növbəti videoçarx hazırlayıb.

“Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) 26 iyun - "Narkotiklərlə mübarizə günü" ilə bağlı növbəti videoçarx hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar DİN tərəfindən narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə növbəti videoçarx hazırlanıb.

Dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat və profilaktik tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verməkdədir.