NATO bu bölgədə patrul nəzarətini gücləndirir

NATO ölkələri regionda sualtı infrastrukturun zədələnməsindən sonra Baltik dənizində patrulların sayını artırır.

NATO bu bölgədə patrul nəzarətini gücləndirir
NATO ölkələri regionda sualtı infrastrukturun zədələnməsindən sonra Baltik dənizində patrulların sayını artırır.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə alyansın press-relizində deyilir.

"Gücləndirilmiş tədbirlərə əlavə müşahidə və kəşfiyyat uçuşları, o cümlədən dəniz patrul təyyarələri, AWACS təyyarələri və dronlardan istifadə daxildir", - mətndə deyilir.

Qeyd olunur ki, NATO Baltik dənizindəki müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq.