NATO şərq cinahını genişləndirir

Şimali Atlantika Alyansının şərq cinahında üzv ölkələrdə yerləşən batalyonları kritik vəziyyətdə briqada səviyyəsinə qədər artırılacaq.

NATO şərq cinahını genişləndirir
Şimali Atlantika Alyansının şərq cinahında üzv ölkələrdə yerləşən batalyonları kritik vəziyyətdə briqada səviyyəsinə qədər artırılacaq.

meqale.com report-a istinadən xəbər verir ki, bunu BNS-ə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

Qeyd edilir ki, 2022-ci ildə Madriddə NATO-nun sammitində şərq cinahda səkkiz batalyon səviyyəsində döyüş qrupunun yerləşdirilməsi qərara alınıb, ehtiyac yaranacağı təqdirdə onlar briqada səviyyəsinə qədər artırıla bilər.

Admiral xatırladıb ki, NATO-ya üzv ölkələrin bəziləri batalyonların gücləndirilməsi istiqamətində təlimlər həyata keçiriblər.

Litva ilk olaraq ərazisində müttəfiq briqadasının daimi yerləşəcəyi NATO üzvü olmaq niyyətindədir.