Navalnının ölümü haqda məlumat üçün 100 min avro ayrıldı

Aleksey Navalnının tərəfdarlarının siyasətçinin ölümü ilə bağlı məlumat üçün vəd etdikləri mükafatın məbləği 100 min avroya yüksəlib.

Navalnının ölümü haqda məlumat üçün 100 min avro ayrıldı
Aleksey Navalnının tərəfdarlarının siyasətçinin ölümü ilə bağlı məlumat üçün vəd etdikləri mükafatın məbləği 100 min avroya yüksəlib.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov deyib.

Qeyd edilib ki, bundan əvvəl müxalifətçinin həmkarları onun ölümü ilə bağlı məlumat (qətl) və lazım gələrsə, Rusiyadan getməsinin təşkili üçün 20 min avro mükafat təklif etmişdilər.

Təklif təhlükəsizlik qüvvələri, FTX, İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Prokurorluğun əməkdaşlarına ünvanlanıb.