Naxçıvan məktəblərində qızılca ilə bağlı son vəziyyət açıqlandı

Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov məktəblərdə hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqamların olmadığını bildirib.

meqale.com xəbər verir ki, bunu E.Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

"Məktəblərimizdə hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqam yoxdur. Bizim tərəfimizdəndə bu proses ciddi nəzarət altındadır", - o deyib.

Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası səhiyyə və təhsil nazirlikləri infeksion xəstəliklər və qızılcaya yoluxma halları ilə bağlı mütəmadi məlumat mübadiləsindədirlər: