Naxçıvanda aqrar emal müəssisələri yaradılacaq
2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi məqsədi ilə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur.
meqale.com xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.
Bu məsələ ilə bağlı icraçı qurum İqtisadiyyat Nazirliyidir.