Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alan var - FOTOlar
Naxçıvan şəhərində iki avtomobil toqquşub, xəsarət alan var.
meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.
"VAZ-2108" və "Azsamand" markalı avtomobillərin toqquşması nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.