Nazir şəhid ailələrinin sosial təminatı ilə bağlı AÇIQLAMA verdi
Lokal antiterror tədbirləri zamanı şəhid olan hərbiçilərimizin ailələri və yaralılarımızla bağlı bütün sosial təminatlar vaxtında icra olunacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
"Həm birdəfəlik ödəmələr, müavinət təqaüd pensiya ödəmələri eyni zamanda onların qanunvericiliklə müəyyən olunan mənzil, maşın təminatı və digər tədbirlər hər biri həyata keçiriləcək. Nazirliyin müvafiq qurumları artıq ailələrlə görüşməyə başlayıblar və müvafiq sənədlərin toplanmasına yardım edirlər", - deyə nazir əlavə edib.