Nazirin hovuzdan meyiti tapıldı - FOTO
Türkiyənin sabiq qida, kənd təsərrüfatı və heyvandarlıq naziri, AKP-nin Diyarbəkir üzrə keçmiş millət vəkili Kutbettin Arzu vəfat edib.
meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, Kutbettin Arzu Yalovanın Termal vilayətindəki Türkiyənin Böyük Millət Məclisinin (TBMM) qonaq evində hovuzda olarkən infarkt keçirməsi nəticəsində dünyasını dəyişib.
Sabiq nazirə təcili tibbi yardım tərəfindən ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.