Nazirlikdə yüksək vəzifəyə təyinatlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub. Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə, Cavid Abdullayev "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri vəzifəsinə təyin edilib.

meqale.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib. 

Onun sözlərinə görə, R.Əşrəfov bu təyinatadək "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri vəzifəsində çalışıb. O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.