Nə ASALA, nə də PKK məqsədinə nail ola bilməyəcək - Ərdoğan
Nə ASALA, nə PKK, nə də başqa terror qrupu məqsədinə nail ola bilməyəcək.
meqale.com TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Türk diplomatları hər zaman ASALA terror təşkilatının hədəfi olub", - deyə Ərdoğan əlavə edib.
O qeyd edib ki, Türkiyə bu terror qrupları ilə mübarizəsinə davam edəcək.