Neftçalada ağır qəzada ölənlərin FOTOları

Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.

Neftçalada ağır qəzada ölənlərin FOTOları
Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı avtomobil "KİA" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü Fərhadov İslam və 1998-ci il təvəllüdlü Yağnəliyev Vahid hadisə yerində ölüblər.

İki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Bayramov Loğman Qüdrət oğlu, 1982-ci il təvəllüdlü Əliyev Habil Abasağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.