"Neftçi"dən Eminə şərt: Ya razılaşacaq, ya da gedəcək
Yarımmüdafiəçi Emin Mahmudov yayda "Neftçi"ni tərk edə bilər.
meqale.com xəbər verir ki, "ağ-qaralar" mövsümün sonunda müqaviləsi başa çatacaq eks-kapitanı ilə danışıqlar aparıb. Bu məqamı nəzərə alan klub rəhbərliyi aprelin 27-də 33 yaşını qeyd edəcək futbolçuya bir halda əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Hazırda 103 min manat məvacib alan Mahmudov ciddi məbləğdə endirimə gedəcəyi halda "Neftçi"də qalacaq. Bu klubun onun qarşısına qoyduğu yeganə şərtdir. Millimizin üzvü ya ciddi endirim edəcək, ya da gedəcək.
"Neftçi" onunla 2 illik yeni müqavilə imzalamaqda maraqlıdır. Bu müddətdə klub ona aylıq 30-40 min manat maaş ödəməyi planlaşdırır.